Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-22 13:02:00
BDU-nun nəzdində “Gənc istedadlar” Liseyi şagird qəbulu elan edir

Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” Liseyi 2020/2021-ci tədris ili üçün V siniflərə şagird qəbulu elan edir.

 

AzEdu.az  xəbər verir ki, qeydiyyat 06 iyul 2020-ci il tarixindən 06 avqust 2020-ci il tarixinədək davam edəcəkdir.

 

Qəbul imtahanı 2020-ci il avqust ayının ikinci yarısında keçiriləcəkdir.

 

Liseyə qəbul imtahanı (Azərbaycan bölməsi üzrə 75, rus bölməsi üzrə isə 25 yer olmaqla) aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

 

  1. Tədris dili (Azərbaycan dili və ya rus dili) - 25 sual
  2. Riyaziyyat - 25 sual
  3. Məntiq üzrə suallar - 10 sual

 

Qəbul imtahanında iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:

https://forms.gle/A93V1W1mnbBU1HTG6

 

Qəbul imtahanın tarixi, keçiriləcəyi yer və ya forması haqqında sənəd verən şagirdlərin valideynlərinə əvvəlcədən məlumat veriləcəkdir.

 

Əlaqə üçün:

 

Telefon: (012) 510-74-54; (012) 510-74-94

 

Elektron-poçt: [email protected]