Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-16 13:52:00
MN: Qan Bankında bütün qan qruplarının ehtiyatı var

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

 

AzEdu.az  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.

 

Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O deyib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.