Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 17:52:00
BDU-da onlayn elmi seminar keçirilib  

İyulun 15-də Bakı Dövlət Universitetində (BDU) Biologiya  fakültəsinin təşkilatçılığı ilə "Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi" mövzusunda onlayn elmi seminar keçirilib.

AzEdu.az  xəbər verir ki, seminar iştirakçılarını salamlayan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.

 

Moderator, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova keçirilən elmi seminarların, ustad dərslərinin elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə mühüm töhfələr verdiyini bildirib.

 

Daha sonra Biologiya fakültəsinin professoru Rövşən Xəlilov "Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda canlı və cansız təbiətdə rast gəlinən nanohissəciklər, stres faktoru və onun yaranmasına səbəb olan amillər, ekosistem anlayışı, Abşeron yarımadasının bitki növlərində aparılan təcrübələr və əldə olunan nəticələr, fototənəffüs, EPR siqnalları, maqnit nanohissəciklər, dünyanın müxtəlif ölkələrinə bu istiqamətdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.

 

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.