Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 13:45:00
Azərbaycan Texniki Universiteti alimlərinin uğuru

Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosentləri Zakir Məhərrəmovun və Həsən Vəliyevin “Verilənlərin strukturu və alqoritmlər” adlı dərs vəsaiti Avropanın “GlobeEdit” nəşriyyatında çap edilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, dərs vəsaitinə Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və Bakı Dövlət Universitetinin Riyazi kibernetika kafedrasının professoru Knyaz Məmmədov rəy veriblər. Nəşrin elmi redaktoru Sumqayıt Dövlət Universitetinin Texniki kibernetika kafedrasının professoru Əli Nağıyevdir.

 

Dərs vəsaiti Azərbaycan dilində də nəşr edilib. Kitab haqqında “Proceedings of Institute of AppliedMathematics” elmi jurnalında rəy dərc olunub.