Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 12:07:00
Subbakalavrların ali məktəblərə sənəd qəbulu başa çatıb

Subbakalavrların ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, ali təhsil müəssisələrinə daxil olmaq üçün qeydiyyatdan keçən şəxslərin sayı 17502-dir.

 

Qeyd edək ki, subbakalavrların sənəd qəbulu iyunun 1-dən başlamışdı. 

 

Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.