Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-11 10:59:00
Subbakalavrların ali məktəblərə ərizə qəbulunun vaxtı uzadılıb

Subbakalavrların ali məktəblərə elektron ərizə qəbulunun müddəti uzadılıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-ya verilən məlumata görə görə, iyunun 1-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu iyulun 10-u başa çatmalı idi, ancaq ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək uzadılıb. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

 

Qeyd edək ki, elektron ərizələr verən subbakalavrların sayı 18527-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 17019-dur.