Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 10:13:00
Təhsil Naziri MİQ-lə bağlı VACİB detalları açıqladı: “Alternativ versiyalar üzərində çalışırıq”

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Naziri Ceyhun Bayramov müəllimlərin iştirakı ilə keçirilən onlayn forumda səsləndirib. O, qeyd etdi ki, yaxın günlərdə qeydiyyatla bağlı proseslər haqda informasiya veriləcək:

 

“Təhsil Nazirliyinin bu işlə məşğul olan komandası hal-hazırda iş başındadır. Bütün təhlillər həyata keçirilir. Hansı proseslərə ki başlamaq mümkündür, bu haqda yaxın günlərdə məlumat veriləcək. 1 həftə ərzində qeydiyyat prosesinə start veriləcək. MİQ imtahanları həyata keçiriləcək, çünki rəqabətdən keçərək işə qəbul olunan müəllimlər təhsil sistemi üçün prioritet məsələlərdən biridir. İnsanların təhlükəsizliyini və sağlamlğını qorumaq şərti ilə bunu həyata keçirmək üçün hal-hazırda işləyirik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları