Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-09 09:50:00
Sertifikasiya hansı tarixdə keçiriləcək?-Təhsil Naziri açıqladı

“Təhsil haqqında” qanuna edilmiş dəyişiklikdən irəli gələrək Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edilib. Sertifikasiya prosedurunun başlanması bu ilin ilkin sınaqların edilməsi və müəllimlərimizin daha hazırlıqlı formada prosesə qatılması təxminən payız aylarının sonuna planlaşdırılır. Oktyabr-noyabr aylarından etibarən prosesə start vermək və daha geniş formada Sertifikasiyanın həyata keçirilməsi 2021-ci ildə davam etdirilməsi nəzərdə tutulur”

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Naziri Ceyhun Bayramov müəllimlərin iştirakı ilə keçirilən onlayn forumda qeyd edib. O, həmçinin sertifikasiya prosesinin bölgələrdən başlana biləcəyinin də proqnozunu verib:

 

 “Burada diqqət ediləsi bir neçə məsələni nəzərinizə çatdırıram. Qanunvericiliyə əsasən, MİQ müsabiqəsindən keçərək işə qəbul olunan müəllimlərdən ilk 5 il ərzində sertifikasiyadan keçmələri tələb olunmur. Digər müəllimlər üçün sertifikasiya 5 ildən bir keçirilir. 2020-ci ilin sonlarından sınaqlara başlanacaq və 2021-ci ildə sertifikasiya prosesi həyata keçiriləcək. Lakin 1 il ərzində bütün müəllimləri əhatə edə bilməyəcək. İlkin mərhələdə müəllimlərin bir qismi  bəlli bir ardıcıllıqla bu prosesə qoşulacaqlar. Ola bilər ki, 2021-ci ildə sertifikasiya bölgələrdən və hansısa fənlərdən  başlasın. Bu istiqamətdə hazırlıq işləri həyata keçirilir. Bir neçə ay öncədən ətraflı məlumat veriləcək.

 

Təhsil Naziri həmçinin sertifikasiya qaydaları ilə bağlı informasiyanı da səsləndirib:

 

“İlkin mərhələdə 60 bal, müsahibə mərhələsində 40 bal- ümumi 100 ballıq şkala üzrə qiymətləndirmə aparılacaq. 50- baldan yuxarı göstəricisi olan müəllimlər uğur qazananlar hesab olunacaq. Həmçinin sertifikasiya haqqında qaydalarda qeyd olunub ki, uğur qazanmayan müəllimlər iş yeri saxlanmaqla növbəti 1 il ərzində hazırlanaraq yenidən qatıla bilərlər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları