Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 10:38:00
Təhsil ekspertindən  ixtisas seçimi ilə bağlı vacib ÇAĞIRIŞ -“Bu ixtisasları seçməyin”

“İxtisas seçimi müddəti analiz etmək baxımından abituriyentlər üçün vacibdir. Son 3-4 ilin keçid ballarına diqqət etmək lazımdır. Həmçinin mövcud plan yerləri nəzərə alınmalıdır. Əmək bazarında daha çox tələbat olan ixtisaslar üzrə araşdırma aparılmalıdır.  Məsələn, I ixtisas qrupunda informasiya yönümlü, II ixtisas qrupunda mühasibat, maliyyə, menecment, biznes ixtisaslarına, III ixtisas qrupunda müəllimlik ixtisaslarına, IV ixtisas qrupunda bütün ixtisaslara tələbat var. V ixtisas qrupunda əsasən, dizayn, bədən tərbiyəsi ixtisaslarına maraq var”.

 

Bu fikirləri təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında qeyd etdi. O, həmçinin ödənişli ixtisasları seçərkən abituriyentləri diqqətli olmağa çağırdı:

 

 “Ekspert olaraq saydığım ixtisasların seçimini tövsiyə edirəm. Ödənişi yüksək olan ixtisasları yazmaqdan çəkinin. Bunu ödəmək bəzi hallarda müəyyən problemlər yaradır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları