Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 16:00:00
Naxçıvan koronavirusdan qurtuldu - yeni yoluxma qeydə alınmadı 

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. 

 

AzEdu.az  koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

 

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 53,4 faiz təşkil edirdisə, hazırda bu, 55,1 faizdir.

 

Sonrakı yerlərdə 16,3 faizlə Abşeron, 8,4 faizlə Gəncə-Qazax, 7,5 faizlə Aran, 5,8 faizlə Lənkəran, 1,6 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan 1,1 faizi Yuxarı Qarabağ qərarlaşıb.

 

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb.

 

Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1,3 faizi ölkə xaricində yoluxanlardır.

 

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heytinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində bugünədək Naxçıvanda 142 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb: "Onlardan 126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 aktiv xəstənin müalicəsi davam etdirilir. Naxçıvan Muxtar Respublikasında 14 852 test aparılıb”.