Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 12:21:00
Müəllimlər arasında çox maraqlı intellektual yarışma keçiriləcək - Mütləq qatılın

EDUHEK konsaltinq və menecment şirkəti 1 AVQUST – “ANA DİLİ GÜNÜ” MÜNASİBƏTİLƏ BÜTÜN RESPUBLİKA MÜƏLLİMLƏRİNİN iştirak edə biləcəyi “Bİlgə Müəllim” adlı intellektual bilik müsabiqəsi elan edir.

 

AzEdu.az xəbər verir ki, layihənin məqsədi Müəllimlərin yay tətilini səmərəli keçirmələri, əylənmələridir.


Layihənin təşkilatçısı: EDUHEK konsaltin və menecment şirkətidir.


Sponsorlar: Kitabevim.az, Sinkod.az və Hədəf Nəşrləridir.


Müsabiqə birincisi 50 kitabdan ibarət “Xatirə Ədəbiyyatı” seti, Hədəf liseyindən Bilgə papağı, ikinci və üçüncü yerlər isə müxtəlif kitab və hədiyyələr qazanacaqdır.


Dünyagörüşü, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi və s. mövzularda hazırlanmış 20 sualdan ibarət “Bİlgə Müəllim” intellektual yarışı onlayn formada həyata keçiriləcək. Bunun üçün kompüter və smartfon cihaz kifayətdir. Test oyunu 31 iyul, əsas yarış isə 1 avqust tarixində baş tutacaqdır.


Yarışda iştirakçı kimi qeydiyyatdan keçmək istəyənlər EDUHEKin rəsmi feysbuk səhifəsini bəyənərək, bu postu məhz həmin səhifədən paylaşmalıdır. Daha sonra paylaşım edərək iştirakını təsdiqləyənlərə forma göndəriləcək və qeydiyyata alınacaqlar. Son qeydiyyat tarixi 28 iyuldur.


Yarış onlayn şəkildə Kahoot proqramı üzərindən aparılacaq.

Layihənin Təşkilat komitəsi:


1. Təşkilat komitəsinin sədri: Şəmil Sadiq
2. Hədəf Liseyi Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Nizami Hüseynov
3. AMEA Elmi kitabxanasının direktor müavini Elnur Eltürk,
4. Qafqaz.Tv nin qurucu direktoru Eltən Törəçi,
5. Hədəf Nəşrlərinin Direktoru Səbuhi Şahmursoy,
6. Hədəf Kursları Təhsil departamentinin direktoru Elxan Nəcəfov
7. AZEEDU.az saytının baş redaktoru Elmin Nuri,
8. Kulis.az saytının redaktoru Şərif Ağayar,
9. 146 saylı liseyin direktoru Arif Əsədov

TEL: +994 55 763 11 17
https://m.facebook.com/eduhek/

#bilgəmüəllim #bilgemuellim #eduhek #kitab #mütaliə #tehsil #intellektualyarış #intellektualyarıs #müəllim #hedef #kitabevimaz #hedefnesrleri #sinkod #hedefliseyi