Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 11:58:00
Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində 480 nəfər pilot peşə təhsil proqramı üzrə təhsil alacaq

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə qeydiyyatdan keçməlidir.

 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üçün tələbə qəbuluna dair təşkil etdiyi canlı yayımda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov deyib.

 

Onun sözlərinə görə, mərkəzə qəbul üçün qeydiyyat iyulun 24-dək davam edəcək.

 

Rəşad Xanlarov bildirib ki, rəhbərlik etdiyi mərkəzdə 2020-2021-ci tədris ili üzrə pilot peşə təhsil proqramlarına 480 tələbənin qəbulu nəzərdə tutulur. Bu tələbələrdən 240 nəfəri dövlət hesabına, 240 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.