Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-05 11:04:00
Gürcüstanda bu tarixdə tədris ili bərpa olunur

Özəl və dövlət peşə məktəbləri (kollec) tədris ilini 6 iyul tarixindən etibarən bərpa edir.

 

AzEdu.az  xəbər verir ki, bu barədə Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, Gürcüstan üzrə fəaliyyət göstərən peşə məktəblərində Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi tərəfindən yoxlamalar aprılıb və tədris ilinin bərpa olunmasına icazə verilib.

 

Xatırladaq ki, 2020-ci ilin mart ayından etibarən peşə məktəbləri tədris ilini dayandırıb, daha sonra isə onlardan bəziləri öz fəaliyyətlərini məsafəli rejimdə davam etdirib.