Azedu.az

ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı

4 İyul 2020, 14:51
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı

Yeni tip koronavirusa qarşı hazırlanan dərmanların arasında sadəcə “Remdesivir”in sınaqları ümidverici nəticələr ortaya qoyub.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Soumya Svaminatan danışıb.


İsveçrənin paytaxtı Cenevrədə mətbuat konfransı təşkil edən doktor “Remdesivir”in sınaqdan keçirildiyi xəstələrdə xəstəxanaya yerləşdirilmə faizinin azaldığını, lakin ölüm faizində dəyişiklik müşahidə olunmadığını deyib.


"Hələlik araşdırmalar bu dərmanı istifadə edən xəstələrin daha sürətli sağaldığını göstərir. “Remdesivir” qəbul edən xəstələr 11 gün ərzində sağalır. Dərmanı qəbul etməyən xəstələr isə 15 günə sağalır”, - ÜST təmsilçisi qeyd edib.

 

Qeyd edək ki, ABŞ bu həftə “Remdesivir”in dünyadakı bütün fondunu alıb.

 

Publika

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox