Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-04 11:25:00
LDU-nun magistraturasına qəbul olunmuş bakalavrların nəzərinə!

2020/2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunman bakalavrlar 06 iyul 2020-ci il saat 09:00-dan 15 iyul 2020-ci il saat 17:00-dək aşağıda göstərilən sənədlərin elektron surətlərini (və ya skan olunmuş formada) [email protected] elektron poçt ünvanı vasitəsilə (əlaqə nömrələri mütləq qeyd olunmalıdır) LDU-nun Sənəd Qəbulu Komissiyasına göndərərək qeydiyyatdan keçməlidirlər:

 

  1. LDU-ya qəbul olunma haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) saytından götürülmüş bildiriş (DİM-in saytından çap edilir);

 

  1. Şəxsiyyət vəsiqəsinin hər iki üzü;

 

  1. Əvvəlki illərin məzunları üçün bakalavr diplomu və diploma əlavə;

 

  1. Cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən verilən məzun

olduqlarına dair arayış;

 

  1. İllik təhsil haqqının tam məbləğdə ödənilməsi haqqında qəbz. Ödəniş Kapital

Bank filiallarında ödəniş terminalları vasitəsi ilə daha dəqiq həyata keçirilə bilər. Kapital Bank ödəniş terminalında ardıcıl olaraq “Təhsil ödənişləri”, “LDU” seçildikdən sonra “Şəxsi Məlumat” sırasında bakalavrın Soyadı, Adı, Atasının adı və Şəxsiyyət Vəsiqəsinin Seriya Nömrəsi, “Fakültə Qrup” sırasında bakalavrın daxil olduğu ixtisasın adı və 1-ci tədris ili olması, “Tələbə Kodu” sırasında isə əlavə məlumat olaraq “İllik Təhsil Haqqı ödənişi” cümləsi qeyd olunmalıdır.

 

Lənkəran Dövlət Universitetinin cari rekvizitləri:

Valyuta: AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Lənkəran filialı

Filialın Kodu: 200383

VÖEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

Benefisiarın adı: LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

Hesab № AZ97AIIB33080019443870045138

VÖEN: 2600135481

 

Elanda göstərilmiş müddətdə qeydiyyatdan keçməyən bakalavrlar LDU-nun

magistrantları sırasına daxil edilməyəcəkdir!

 

Hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək aşağıdakı əlaqə telefonları vasitəsilə sənədlərin qəbulu və qeydiyyatla bağlı əlavə məlumat almaq olar:

Tel: (+994) 025 255 07 10;

Faks: (+994) 025 255 27 86.

 

Qeydiyyatdan keçən bakalavrlar 10-15 sentyabr 2020-ci il tarixlərində Lənkəran Dövlət Universitetinin Maliyyə və mühasibat şöbəsinə müraciət edib, müvafiq sənədlərin notarial təsdiq olunmuş surətlərini təqdim edərək Nümunəvi Fərdi Müqavilələri imzalamalıdırlar.

 

“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU” na əsasən “Xüsusi güzəşt və imtiyazlara malik olan bakalavrlar” ın nəzərinə:

 

  1. LDU-ya qəbul olunma haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) saytından

götürülmüş bildiriş (DİM-in saytından çap edilir);

 

  1. Şəxsiyyət vəsiqəsinin hər iki üzü;

 

  1. Əvvəlki illərin məzunları üçün bakalavr diplomu və diploma əlavə;

 

  1. Cari ilin məzunları üçün bitirdikləri ali təhsil müəssisəsindən verilən məzun

olduqlarına dair arayış;

 

Əlavə olaraq,

 

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

 

  1. Bakalavrın doğum haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Bakalavrın cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin elektron surəti (vəsiqənin möhür olan bütün səhifələri təqdim olunmalıdır);

 

  1. Valideynlərinin şəxsiyyət vəsiqələrinin (hər iki üzü) elektron surəti;

 

  1. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Valideynlərinin məcburi köçkün vəsiqələrinin elektron surəti (vəsiqənin möhür olan bütün səhifələri təqdim olunmalıdır).

 

Qeyd: Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməldir.

 

  1. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni isə I və ya

 

II qrup əlil olan valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək şəxslər:

 

  1. Bakalavrın doğum haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Vəfat etmiş valideynin ölüm haqqında şəhadətnaməsinin elektron surəti və digər

valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti, I və ya II qrup əlillik haqda kitabçanın elektron surəti (əlillik kitabçasının möhür olan bütün səhifələri təqdim olunmalıdır).

 

Qeyd: Əlillik sənədi müddətsiz deyilsə, göstərilən müddətə illik təhsil haqqı ödənişindən azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməldir. III. I və ya II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar:

 

  1. Bakalavrın doğum haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. I və ya II qrup əlillik haqda kitabçanın elektron surəti (əlillik kitabçasının möhür olan bütün səhifələri təqdim olunmalıdır);

 

  1. Valideynlərin şəxsiyyət vəsiqələrinin (hər iki üzü) elektron surəti;

 

  1. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin elektron surəti;

 

Qeyd: Əlillik sənədi müddətsiz deyilsə, göstərilən müddətə illik təhsil haqqı ödənişindən azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməldir.

 

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr barədə:

 

IV.I. Şəhid ailəsinin üzvü olan bakalavrlar (Şəhid valideynin övladı):

 

  1. Bakalavrın doğum haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Şəhid ailəsi vəsiqəsinin elektron surəti (Şəhid ailəsi üzvlük vəsiqəsinin möhür olan bütün səhifələri təqdim olunmalıdır);

 

  1. Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin elektron surəti və digər

valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti;

 

  1. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin elektron surəti;

 

Qeyd: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə

almalıdır və illik təhsil haqqı ödənişindən 23 yaşı tamam olana kimi azad olunurlar. Bütün

sənədlər əsli ilə təqdim olunmalıdır. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməldir.

 

IV.II. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı Əlil olmuş vətəndaşların övladları:

 

  1. Bakalavrın doğum haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Valideynlərinin şəxsiyyət vəsiqələrinin (hər iki üzü) elektron surəti;

 

  1. Valideynlərinin nigah haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Notarial qaydada təsdiq edilmiş “Əlillik” barədə kitabçanın surəti (Əlillik səbəbi

birbaşa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqəli olmalı və sənəddə bu haqda məlumat öz əksinin tapmalıdır).

 

Qeyd: Əlillik sənədi müddətsiz deyilsə, göstərilən müddətə illik təhsil haqqı ödənişindən azad olunurlar. Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməldir.

 

IV.III. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

 

  1. Bakalavrın doğum haqqında şəhadətnaməsinin elektron surəti;

 

  1. Ailə tərkibi haqqında arayışın elektron surəti;

 

  1. Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin elektron surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı) və digər valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti                                                                

Qeyd: Bütün sənədlərin elektron surətlərinin tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməldir.