Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-04 10:38:00
Magistraturaya sənəd qəbulu onlayn aparılacaq: Sənədlərin siyahısı

AzEdu.az xəbər verir ki, UNEC-də magistratura səviyyəsinə daxil olan bakalavrların sənəd qəbulu onlayn formada aparılacaq.

 

Magistraturaya daxil olan bakalavrlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

Diplomun surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);

Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış;

Şəxsiyyət vəsiqəsinin surəti;

3/4 ölçüdə rəngli fotoşəkil;

Ödənişli əsasla magistraturaya qəbul olunmuşlardan təhsil haqqını ödəmək haqqında qəbzin surəti.


İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir: 

  1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

şəxsiyyət vəsiqəsinin surəti;

doğum haqqında şəhadətnamənin surəti;

ölüm haqqında şəhadətnamənin surəti;

valideynin əlillik haqqında sənədinin surəti.

 

  1. Məcburi köçkün olan bakalavrlar:

özünün məcburi köçkün vəsiqəsinin surəti;

özünün şəxsiyyət vəsiqəsinin surəti.


  1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsinə ödəniş­li əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslərin özünün sənədlərinin surəti.

 

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurulu­şu­­nun müdafiəsi zamanı əlil olmuş vətandaşların uşaqları (əlillik səbəbi göstərildiyi kimi olmalıdır):

doğum haqqında şəhadətnamənin sürəti;

şəxsiyyət vəsiqəsinin surəti;

əlillik haqqında arayış.


  1. Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olan bakalavrlar:

Şəhid ailəsi vəsiqəsinin surəti;

Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;

Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

23 yaşı tamam olanakimi azad olunur.


Sənədlər  06.07.2020 - 15.07.2020-ci il tarixinədək qəbul edilir.

 
Qeyd 1: Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

Qeyd 2: Karantin bitdikdən sonra magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə (bənd 1,2,3,4 üzrə) göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Qeyd 3: Sənəd qəbulu onlayn şəkildə aparılacaq.


UNEC Biznes Məktəbi MBA Proqramı üzrə (56-ci Proqram)
https://www.facebook.com/UNEC.MBA/
Mobil telefon: +994557202373
Whatsapp: +994777202373


Magistratura Mərkəzi üzrə  Proqramlar: 6; 14; 19; 20; 21; 23; 53; 72
UNEC Magistratura Mərkəzi Qaynar Xətt
Mobil telefon: +994505905247
Whatsapp: +994552281081

 
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi üzrə proqram: 26
https://www.facebook.com/105804414404551/
Mobil telefon: +99450 620 02 00
Whatsapp: +99450 620 02 00