Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 09:50:00
Masallı şəhərində yeni körpələr evi-uşaq bağçasının təməli qoyulub

Bu il Masallı rayonunda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və əsaslı təmir olunması nəzərdə tutulur. Artıq bu sahədə ilk addım atılıb.

 

AzEdu.az xəbər verir ki, Masallı şəhərinin Səməd Vurğun küçəsində 100 yerlik körpələr evi-uşaq bağçasının təməli qoyulub.

 

Müasir üslubda inşa edilən ikimərtəbəli uşaq-tərbiyə müəssisəsində uşaqların təlim və tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılacaq.

 

Təməlqoyma mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Məşhur Məmmədov iştirak ediblər.