Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 13:41:00
Ramiz Rövşən Kolumbiyaya gedir

Ramiz Rövşən və Nigar Həsənzadə Kolumbiyanın Medellin şəhərində keçiriləcək ən böyük və ən nüfuzlu Beynəlxalq Poeziya Festivalında (Festival Internacional de poesía) ölkəmizi təmsil edəcəklər.

 

AzEdu.az xəbər verir ki, festival avqustun 1-dən oktyabrın 10-dək keçiriləcəkdir. Şairlərimiz sentyabrın 5-də çıxış edəcəklər. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il festival onlayn şəkildə keçiriləcək. Hər oxucuya şeirlərini oxumaq üçün 20 dəqiqə vaxt verilcək. Festivalın qaydalarına əsasən, şeirlər ispan dilinə tərcümə olunmaqla orijinal dildə oxunacaqdır. Festivalda dünyanın 103 ölkəsindən 191 şair iştirak edəcəkdir.

 

Qeyd edək ki, təşkilatçılar bütün ölkələrin sakinlərinə dünyanın müxtəlif dillərində bəstələnmiş şeirin gözəlliyini çatdırmaq məqsədini daşıyırlar. Dünyanın məşhur şairləri və qiraət ustaları sülhə və yaradıcılığa dəstək olmağa çağırışı ilə festivalın kürsüsündən çıxış edirlər.