Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 17:43:00
“Dərsliklərimizin dilini, oradakı nöqsanları Təhsil Nazirliyinin rəhbərliyi ilə müzakirə etmək lazımdır...”-TƏKLİF

 

 
“Bu çox ciddi və böyük məsələni birdəfəlik həll eləmək mümkün olmadığına görə, nöqsanları hissə-hissə də aradan qaldırmaq olar”
 
 
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a  açıqlamasında yazıçı Nəriman Əbdülrəhmanlı dilimizlə bağlı problemlərdən danışarkən deyib. 
 
 
O, bu istiqamətdə aparılan işlərin davamlı olmasının zəruriliyini vurğulayıb:
 
 
“Əlbəttə, şəhərin mərkəzində, eləcə də başqa yerlərdəki lövhələr dilmizin üzləşdiyi problemin yalnız bir tərəfidir. Bu çox ciddi və böyük məsələni birdəfəlik həll eləmək mümkün olmadığına görə, nöqsanları hissə-hissə də aradan qaldırmaq olar. Prezident bu yaxınlarda reklamlarda dil normalarının pozulması ilə bağlı sərəncam imzaladı, bu, artıq irəliyə doğru addımdı. Həmin məsələylə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və ziyalılar arasında görüş keçirilməsi nəzərdə tutulub, bu da müəyyən bir nəticə verə bilər. Mediamızın dili ilə bağlı daha bir aksiya keçirmək zəruridir. Dərsliklərimizin dilini, oradakı nöqsanları Təhsil Nazirliyinin rəhbərliyi və ziyalılarla müzakirə eləmək lazımdır. Beləcə, bütövlükdə dilimizin qorunmasına zəmin yaratmış olarıq. Məncə, bu istiqamətdə addımlar davamlı xarakter daşımalıdır”.