Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 15:54:00
Kimyaçı magistrantlar dissertasiya işlərini onlayn müdafiə ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ), akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) və Radiasiya Prosesləri İnstitutunun (RPİ) magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.

 

Aşqarlar Kimyası İnstitutundan AzEdu.az-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə “Zoom” platforması üzərindən təşkil olunan müdafiədə NKPİ-nin neft kimya ixtisası üzrə 2, ətraf mühit kimyası ixtisası üzrə 1, AKİ-nin üzvi kimya ixtisası üzrə 2 və RPİ-nin təbii və fizioloji fəal maddələr kimyası ixtisası üzrə 1 magistrant dissertasiya işini müzakirəyə təqdim edib. Hər dissertasiya mövzusu ilə bağlı geniş müzakirə aparılıb.

 

Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara müvafiq dərəcənin verilməsi haqqında qərar qəbul edilib.

 

Müdafiədə AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü, professor Əminağa Sadıqov, NKPİ-nin direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, AMEA-nın Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Müdafiə şurasının üzvləri, müvafiq institutların Təhsil şöbələrinin rəhbərləri, magistrantlar və onların elmi rəhbərləri iştirak ediblər.