Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 12:25:00
Peşə-ixtisas təhsilini tamamlaya bilməyən şəxslərə arayışın verilmə qaydası-İZAH

Müxtəlif səbəblərdən  ilk peşə-ixtisas təhsili müəssisələrində  təhsilini başa vurmayan şəxslərə arayışlar bu qaydaya əsasən təqdim olunur.  

 

AzEdu.az rəsmi sənədə əsasən xəbər verir ki, arayış ilk peşə-ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

 

İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu qaydanın 3 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.  Arayışda şəxsin dinlədiyi fənlər barədə məlumatlar verilir.  Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ilk peşə-ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.  Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ilk peşəixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ilk peşə-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.  Arayışların verilməsi üçün ilk peşə-ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: - qeydiyyat nömrəsi; - arayış verilən şəxsin soyadı, adı, atasının adı; - arayışın seriyası və nömrəsi; - arayışın şəxsə verilmə tarixi; - arayış alan şəxsin imzası.  Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.  Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası  Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.  Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır.  Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları