Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-25 13:03:00
Builki MİQ müsabiqəsinin keçirilməmək ehtimalı varmı?-Rəsmi cavab

 

 

“MİQ-lə bağlı hər hansısa  yenilik olduğu təqdirdə bu barədə cəmiyyətə məlumat veriləcək”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

O, bildirib ki, MİQ müsabiqəsinin vaxtı və keçirilmə qaydası təhsil ictimaiyyətinin gözlədiyi vacib məsələlərdən biridir.

 

 

“MİQ-lə bağlı hazırda rəsmi məlumat yoxdur. Hər hansı yenilik olduğu təqdirdə bu barədə məlumat veriləcək”.

 

 

Qeyd edək ki, MİQ müsabiqəsinin iyul ayında keçirilməsi nəzərdə tutulub. Lakin ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar məsələ hələ ki, sual altındadı.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları