Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-22 11:47:00
Ümumtəhsil məktəblərində tədris hansı dillərdə aparıla bilər?-RƏSMİ SƏNƏD

AzEdu.az “Təhsil haqqında” qanuna əsasən xəbər verir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.

 

Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtilə ümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.

 

Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.

 

Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmış komissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları