Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 16:06:00
COVİD-19 təhsili necə iflic etdi? – Hər beş sagirddən biri cəmi 1 saat dərs  oxuyur

İngiltərədə iki milyondan çox uşaq pandemiya dövründə təhsildən kənarda qalıb, haradasa dərslə bağlı heç bir işlə məşğul olmayıb.

 

AzEdu.az Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbər verir ki, bu barədə “UCL” (University College London) Təhsil İnstitutunun hesabatında məlumat verilib.

 

İnstitutun araşdırmasına görə, mart ayından bu yana hər beş şagirddən biri gün ərzində evdə dərs çalışmağa 1 saatdan az vaxt sərf edib.

 

Uşaqların yalnız yüzdə on yeddisi ev tapışırıqlarını həll etməyə 4 saatdan çox zaman ayırıb.

 

Hesabatda bildirilib ki, britaniyalı uşaqlar məktəblərin tətil elan edildiyi müddətdə orta hesabla 2,5 saat dərs oxuyublar.

 

Bütün bu rəqəmlər göstərir ki, öyrənmə itkisi təxmin ediləndən də daha böyük olacaq.

 

“UCL” araşdırmasına görə, müəllimlər tərəfindən uşaqlara verilən tapşırıqlar, əsasən, çalışmalar video izləməkdən ibarət olurdu. Şagirdlərə tədris edilən dərs sayı məktəb və uşaqların kateqoriyasına görə dəyişirdi. Belə ki, dövlət məktəblərində təhsil alanlar gün ərzində 1 dəfə onlayn dərslərdə iştirak edirdilərsə, özəl məktəblərdə bu rəqəm 4 və ya daha çox olurdu.

 

Hesabatı hazırlayan qrupun rəhbəri  Fransis Grinin fikrincə, məktəblərin bağlanması və bir qisminin yenidən açılması bu nəsil uşaqların təhsil baxımından inkişafı üçün böyük təhlükə yaradacaq:

 

“Pandemiya şəraitində şagirdlər çox şey itirir. Bu səbəbdən evdə təhsilin daha yaxşı şəraitdə təşkil olunması və məktəbəqayıdış zamanı təhlükəsizliyin təmin olunması hökumət üçün prioritet məsələyə çevrilməlidir”.