Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-03 11:53:01
ABŞ-da şagirdlər yemədikləri ərzaqları xeyriyyə mərkəzinə bağışlayırlar
Valideynlər hər səhər məktəbə gedərkən uşaqların yemək çantalarını müxtəlif qidalarla doldururlar. Lakin təəssüf ki, bəzi yeməklər ümumiyyətlə boşa çıxır, uşaqlar, adətən, bu yeməkləri yemirlər.
 
AzEdu.az məlumat verir ki, məktəb bufetləri ünsiyyət üçün ən gözəl yerlərdən biri olduğu üçün, uşaqlar bütün ərzaqlarını istifadə etmək imkanını tapa bilmirlər. Bəziləri də tənəffüsdə əylənmək üçün yeməklərini sona qədər yeyib qurtarmırlar.
 
Bu tullantıları azaltmaq və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə, ABŞ-ın bir çox məktəblərində "paylaşım masaları" yaradılıb. Bunu etməkdə məqsəd yeyilməyən yeməklərin boşa getməməsini təmin etməkdir. Şagirdlər yemədikləri, açılmamış ərzaqları və ya içkiləri həmin masaya qoya bilərlər. Yemək istəyən hər bir şagird də masada olan bütün yeməklərdən yeyə bilər. Dərs saatları başa çatdıqdan sonra isə direktorlar qalan ərzaqları hansısa xeyriyyə mərkəzinə bağışlayırlar.
 
Hazırda ABŞ-da 20 məktəb bu proqramı fəal şəkildə həyata keçirir.