Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-03 11:00:00
Magistratura imtahanlarının II mərhələsində iştirak edənlərin sayı kəskin azalıb  

Bu il magistratura imtahanlarının II mərhələsində iştirak edəcək abituriyentlərin sayında ötən illə müqayisədə azalma müşahidə olunur. 

AzEdu.az məlumat verir ki, belə ki 2017-ci ildə qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Yəni, bu il qəbul proqramını təsdiqləyən abituriyentlərin sayı 1339 nəfər azalıb.  Bu səbəbdən keçən il imtahanın keçirilməsi üçün 29 imtahan binası ayrılsa da, 2018-ci ildə bu rəqəm 25 bina təşkil edir.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilir. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılır. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları