Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 10:10:00
Valideynlər övladlarının dərs çalışmasına bu cür kömək etməlidirlər-VACİB

Əziz valideynlər, övladlarınıza dərs öyrənərkən, çalışmaları həll edərkən kömək edə bilməyiniz üçün bəzi tövsiyələr vermək istəyirik. Mövzunu nə qədər yaxşı və ya pis bilmənizdən asılı olmayaraq, övladınıza kömək edə bilərsiniz.

 

Unutmamalı olduğunuz əsas bir neçə məsələ:

 

Övladınızın dərsləri üçün ondan çox çalışmayın. Dərs oxumanın gətirdiyi zehni yükü valideyn deyil, şagird çəkməlidir.

 

Təkrar oxumaq hər zaman işə yaramır:

 

Dərslərdə qeyd olunanları təkrar-təkrar oxumaq faydalı olsa da, buna xərclənən zaman daha lazımlı istifadə oluna bilər. Daha öncə bir səhifə dərs oxuyub heç nə anlamadığınız olubmu? Bunun eynisi övladınızın da başına gələ bilər, xüsusilə də ətrafında diqqətini dağıdan telefon və ya televizor varsa...

 

Nə qədər az diqqət dağınıqlığı o qədər faydalı...

 

Bir müddət diqqətli şəkildə çalışan övladınıza qısa fasilələr verməsini söyləyin. Bu fasilədə onu sevindirməyə- kiçik sürprizlər etməyə çalışın. Bir şagird xoşladığı musiqini dinləyirsə, dostuyla mesajlaşırsa dərsinə eyni anda diqqətini verə bilməz.

 

Övladınızın dərs çalışmasına yardımın 3 yolu:

 

1.Suallar verin: Müəyyən dərsə aid suallar soruşun. Evdə imtahan etmiş olacaqsınız. Boşluqları görüb yardımınızla aradan qaldırmasına kömək edin.

 

2.Zəif bildiyi mövzuları qeyd edin: Çətinlik çəkdiyi mövzunu sizinlə bölüşməsini istəyin. Orta  və ya zəif bildiyi mövzunu yazsın. Bu üsul mövzunu daha sağlam qavramaya səbəb olur.

 

3.Mövzular üzrə nisbətən çətin suallar hazırlayın: Əgər cavablarda çətinlik çəkirsə, ağlında qalan hər şeyi danışmasın istəyin.

 

Unutmayaq ki, daha yaxşı çalışma vərdişi daha çox öyrənən, daha yaxşı qeydlər edən və daha pozitiv şagird deməkdir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları