Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 14:48:48
Xəzər Universiteti ilkə imza atdı – Fərqli və vacib konfrans

2018-ci il iyunun 1-i və 2-də Bakı şəhərində  Xəzər Universitetinin  təşkilatçılığı ilə I Beynəlxalq Tək Sağlamlıq Konfransı keçirilib. Konfransın əsas mövzusu “Tək Sağlamlıq: Problemlər və onun həlli"dir.

AzEdu.az xəbər verir ki, Xəzər Universiteti Harvard Universitetinin Planet Sağlamlıq Alyansı konsorsiumunun tərkibinə daxil edilib. Bu Alyans məşhur Rokfeller Fondu tərəfindən maliyyələşdirilən və dünyada 95-dən çox universitet, dövlət təşkilatları və tədqiqat institutları daxil olan bir konsorsiumdur.

Eyni vaxtda Planetar Sağlamlıq Alyansının İngiltərənin Edinburq Universitetində ikinci konfransı da keçirilir. Xəzər Universitetində keçirilən tədbir  Alyans tərəfindən tərəfdaş konfransı kimi elan edilib. Bu, Azərbaycanda bir ilkdir.

İctimai sağlamlıq, ekosistem (insan, heyvan, bitki, qida və ətraf mühit sağlamlığı) və tək sağlamlıq tədbirləri mövzulu konfransda Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı çıxış edib. 

Konfransda insan, heyvan və bitki daxil olmaqla, ən yaxşı səviyyədə sağlam qida və ətraf mühitə nail olmaq üçün yeni Tək Sağlamlıq tədbirləri, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, Azərbaycanda Tək Sağlamlıq potensialının gücləndirilməsi və inkişafı üzrə təqdimatlar və müzakirələr edilib.