Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 16:03:00
Azərbaycanda təhsil və elm kompüter şəbəkələri arasında 10 Gbit/s portlar aktivləşdirilib

Təhsil Nazirliyinin “AzEduNet” təhsil şəbəkəsi ilə İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsi arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/s portlar aktivləşdirilib.

 

İnstitutdan AzEdu.az-a  verilən məlumata görə, cari ilin mart-aprel aylarında elm kompüter şəbəkəsinin ehtiyat xətinin sürəti 1Gbit/s çatdırılıb.

 

Qeyd edək ki, “AzEduNet” ilə “AzScienceNet” arasında təklif olunan internet trafikinin 70%-i təhsil müəssisələri üçün ayrılıb.

 

Cari ildə İnstitutda 7 kommutator, 2 marşrutizator avadanlığı sazlanaraq şəbəkədə istifadəyə verilib. Hazırda “AzScienceNet” şəbəkəsi üzərindən video-konfrans sisteminin  yaradılması istiqamətində işlər aparılır.