1 iyun Uşaqların Beynalxalq Müdafiəsi günüdür.
Təhsil Nazirliyi, Azedu.az təhsil portalı və “Aprel-2016: şəhid ailələrinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin məktəbli övladları arasında keçirdiyi “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi” mövzusunda keçirilən yazı müsabiqəsinin iştirakçıları – şəhid övladları mükafatlandırılacaqlar.
Bu münasibətlə, saat 13:00-da Nərimanov rayonu 193 saylı məktəbdə Aprel şəhidlərinin övladları ilə Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən "25-lər"in görüşü keçiriləcək.
Tədbirdə şəhidlərin həyat yoldaşları, Təhsil Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, jurnalistlər iştirak edəcəklər.