Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-04 16:03:00
Yaşı 60-ı ötənlər həftənin cüt günləri işə gedəcək! - QƏRAR

Pandemiya ilə əlaqədar AMEA-nın işçiləri üçün günaşırı iş sistemi tətbiq olunmağa başlayıb.

 

AMEA-dan  bildirilib ki, bu barədə akademiyanın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

 

Onun sözlərinə görə, akademiyada işçilərin hamısı eyni gündə işə gələrsə, sosial məsafənin gözlənilməsi tələbini qorumaq çətin olar: "Biz buna görə də belə bir addım atmışıq ki, AMEA-da yaşı 60-dan çox olan işçilər həftənin cüt günlərində – çərşənbə axşamı və cümə axşamları, qalan heyət isə həftənin tək günlərində işə gəlsin. Bu halda iş yerində sosial məsafəni qorumaq mümkün olacaq. Müdiriyyət zəruri hallarda tək günlərdə işə gələn əməkdaşları həftənin cüt günlərində də işə dəvət edə bilər”.

 

Akademik İsa Həbibbəyli işçilərin xüsusi karantin rejimi bitənədək, yəni iyunun 15-dək günaşırı iş sistemi ilə çalışacaqlarını söyləyib. 

 

modern.az