Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 14:00:00
“Gələcəyin mühəndisi -1” onlayn olimpiadası

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib.

 

AzTU-dan  AzEdu.az-a bildirilib ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 XI sinif şagirdi iştirak edib. Rektor Vilayət Vəliyev şagirdlərə  olimpiada haqqında ətraflı məlumat verib. Bildirib ki, olimpiadanın keçirilməsində məqsəd mühəndis ixtisasına marağı artırmaqdır. Rektor, həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.

 

Müsabiqədə abituriyentlərə fizika və riyaziyyat fənlərinin hər biri üzrə 2, kimya və informatika fənlərinin hər biri üzrə 1 sual təqdim olunub. 

 

Qaydaları pozan, köçürməyə cəhd edən iştirakçılar müsabiqədən uzaqlaşdırılıb.

 

Qeyd olunub ki,  olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət yaradılan işçi qrupu tərəfindən yoxlanıldıqdan sonra elan ediləcək.

 

Qaliblərə müxtəlif hədiyyələr və sertifikat təqdim olunacaq. Bundan əlavə, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.