Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 13:48:00
Əməyə cəlb edilən məktəblilərin icbari təhsili başa vurmaları üçün tədbirlər görüləcək

Əməyə cəlb edilmiş məktəbli uşaqların icbari təhsili başa vurmalarının təmin edilməsi istiqamətində davamlı tədbirlər görüləcək.

 

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda əksini tapıb.

 

Strategiyada, həmçinin qeyd olunur ki, təhsildənyayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər görüləcək.

 

Xatırladaq ki, Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, respublikanın ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.