Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 13:54:00
Azərbaycanda gizli işləyən tədris mərkəzi aşkarlandı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb.

 

 AzEdu.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan   verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.