Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-31 17:20:00
Türkiyəli alimləri dəhşətli xəbər açıqladı... - KORONAVİRUS

Türkiyə dünyada ilk dəfə palçıq nümunələrində koronavirus testi aparıb və əhəmiyyətli nəticələr əldə edib.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Mərmərə Universitetinin professoru Bilgə Alpaslan Kocamemi məlumat verib. O, analizlərin nəticələrinə görə, palçıqda koronavirusun daha çox olduğunu bildirib:

“Bu araşdırmamız sayəsində palçıqda virusun olma ehtimalının yüksək olduğunu gördük. Hazırda araşdırmalarımız davam edir. Məqsədimiz yoluxma sayını təyin etmək deyil, virusun hansı formada yayıldığını tapmaqdır”.

Bilgə Alpaslan bu metodla SARS-CoV2 alt növlərini müəyyən edə biləcəklərini bildirib:

“Aldığımız tullantı suları nümunələrində SARS-CoV2-nin hansı alt növlərinin, mutasiya nəticəsində bu növlərin necə dəyişdiyini müşahidə edə bilərik. Buna yeni nəsil ardıcıllıq təhlili deyilir. Bu təhlillər dünyanın müxtəlif ölkələrində aparılacaq və hər bir ölkə analizin nəticələrini bizəgöndərəcək. Ümumi nəticələr ilə bizim nəticələr müqaisə olunandan sonra, ölkəmizdə aşkarlanan virusun alt növləri ilə başqa ölkələrdə çıxan nəticələrdə oxşarlıq olub-olmadığını görə biləcəyik. Bu, çox önəmli bir məlumat olacaq. Bununla biz virusun hansı ölkədən gəldiyini öyrənə bilərik".