Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 12:40:00
Yataqxanaların hazırkı vəziyyəti-Müqayisəli təhlil

Bakı Dövlət Universiteti AXC dövründə təsis edilmiş ilk ali təhsil ocağımızdır.Azərbaycanın nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universitetinin 100 yaşı tamam oldu.Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında,elmi tədqiqatların aparılmasında və milli özünüdərk prosesinin sürətlənməsində təqdirəlayiq xidmətləri var.

 

Amma təəssüf ki, AXC dövrünün yadigarı BDU-nun tələbə yataqxanasının vəziyyəti acınacaqlıdır.Yataqxanada tələbələrin yaşaması üçün demək olar ki, şərait yoxdur.Nəzərə alaq ki, tələbələrin bəziləri maddi vəziyyət sıxıntısından yataqxanada qalmağa məcburdurlar.Yataqxananın mətbəxi yemək hazırlana bilməyəcək qədər pis haldadı.Mətbəx,hamam və tualet ortaqdır.İstilik sistemi normal işləmir.Bu isə orada yaşayan tələbələr üçün olduqca çətin olur.Sevindirici hal isə odur ki, BDU-nun yeni yataqxanasının tikintisi başa çatıb.2020-ci ildən tələbələrin yaşaması üçün istifadəyə veriləcək.

 

Bakı Ali Neft Məktəbi Prezident cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı əsasında yaradılmışdır.BANM Azərbaycan ali təhsil müəssiələri arasında xüsusi çəkisi olan və seçilən bir ali məktəbdir.BANM-in yataqxanasında tələbələrin yaşaması üçün hər cür şərait vardır.Bina bütün kommunikasiya sistemi ilə təchiz olunub.Hər bir otağın mətbəxi,yataq otağı,isti-soyuq suyu,televizoru,istilik sistemi ,kamera, müşahidə sistemi və yanğın təhlükəsizlik sistemi var.Tələbələrin bütün ehtiyacları təmin olunur.
Bakı Ali Neft məktəbi gənc olmağına baxmayaraq 100-illik Bakı Dövlət universiteti ilə müqayisədə tələbələrin rahat yaşaması üçün münasib şərait yaradıb.

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları