Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-30 10:00:00
Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir

Mövcud KOVİD-19 virusunun geniş miqyasda yayıldığı ölkələrdən biri də qardaş Türkiyədir. Belə ki, ölkədə indiyədək 162120 nəfər virusa yoluxub, 4489 nəfə isə mövcud pandemiya səbəbindən həyatını itirib.

 

Maraqlıdır, vətəndaşlarımızın təhsil, iş, yaxud da daimi yaşayış üçün üz tutduğu ölkələr sırasında ilk yerlərdə dayanan Türkiyədə azərbaycanlıların vəziyyəti necədir?

 

Jurnalist  Məhsəti Şərif Türkiyədə yaşayan vətəndaşlarımızın səhhətinin yaxşı olduğunu lakin maddi baxımdan bəzi tələbələrin çətinlik çəkdiyini bildirib:

 

“Türkiyədə yaşayan azərbaycanlılar arasında yeni yoluxma halı yoxdur, səhhətləri qaydasındadır. Lakin burda müvəqqəti olaraq yataqxanaya yerləşdirilən tələbələrimiz var ki, onlar Azərbaycana qayıtmaq istəyir. Bunun da əsas səbəbi gənclərimizin maddi baxımdan sıxıntı çəkməsidir. İlk başlarda səfirlik tərəfindən yataqxanada qalan tələbələr üçün 200 tl məbləğində kartlar ayrıldı. O məbləğlə Türkiyədə cəmi bir həftə yaşamaq olar. Həm də ki, həmin kartları almaq üçün bütün tələbələr müraciət edə bilməmişdi. Türkiyədə fəaliyyətdə olan Azərbaycan Diaspor Təşkilatının zaman-zaman müxtəlif dərnəklərə madi yardım paylayaraq o yardımların burda qalana vətəndaşlara çatdırılması üçün böyük xidməti olur. Amma yataqxanada qalan tələbələr hazırda çətin durumdadırlar. Şəxsən mən də daxil olmaqla xeyli sayda jurnalist və ziyalı qadın tələbələrimizə maddi baxımdan yardım göstərmişik. Lakin onların qısa zaman ərzində ailələrinin yanına göndərilməsi, çarter reys təyin olunması önəmlidir”.

 

Modern.az