Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-29 11:28:00
2020/2021-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsində iştiraka dair şərtlər açıqlandı

Növbəti tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsi yaxın zamanda başlanacaqdır.

 

AzEdu.az xəbər verir ki,  iştirak etmək üçün tələbələrdən şəxsiyyət vəsiqəsi və akademik transkripti daxil etməklə elektron ərizənin doldurulması tələb olunacaqdır. Müsabiqənin başlanmasınadək tələbələrin akademik transkriptlərini əldə etmək üçün ən qısa zamanda ali təhsil müəssisələrinə elektron qaydada müraciət etmələri tövsiyə olunur.

 

Ali təhsil müəssisəsi ilə birbaşa əlaqə qurmaqda çətinlik olarsa, tələbələr texniki dəstək məqsədilə yaradılmış elektron sorğu formasını 4 iyunadək doldurmalıdırlar.

 

DİQQƏT: Sorğu forması SABAH qruplarına tələbə seçimi müsabiqəsində iştirak üçün tələb olunan Elektron Ərizə forması deyil!

 

QEYD: 2020/2021-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsaqibəsinin aparılacağı ixtisaslarla tanış ola bilərsiniz.