Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-27 17:11:00
Bakı Dövlət Universitetinin tələbələri və gənc tədqiqatçıları üçün onlayn elmi seminar keçiriləcək

İyunun 1-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün “Microsoft Teams” platforması üzərindən “XVI-XVII əsrlərdə Habsburqların və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçiriləcək.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, elmi seminarda Slovakiya Respublikası Komenski adına Bratislava Universitetinin professoru Lukas Ribar mövzu ətrafında məruzə ilə çıxış edəcək.

 

Onlayn elmi seminara qatılmaq istəyən şəxslərdən mayın 31-i saat 17:00-dək [email protected]  elektron poçt ünvanına müraciət etmələri xahiş olunur.