Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-25 10:26:00
Ay tutulacaq

2020-ci ilin ikinci Ay tutulmasının vaxtı məlum olub.

AzEdu.az-ın məlumatına görə, ikinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-na keçən gecə baş verəcək.

Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq. 

Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə ediləcək. Adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə prosesi müşahidə etmək mümkün olacaq. 

Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib. Üçüncü Ay tutulması bu ilin 5 iyulunda olacaq. (oxu.az)