Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 17:21:00
Elm sahəsində 4 nəfərə Dövlət Mükafatı verilib  

Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

 

AzEdu.az  xəbər verir ki, sərəncama əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilir:

 

Nazim Timur oğlu Məmmədov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Nadir Allahverdi oğlu Abdullayev

Ziya Saxavəddin oğlu Əliyev.