Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 13:22:00
Məktəbdaxili qiymətləndirmə  kimlərə şamil olunmayacaq? -NAZİRLİKDƏN AÇIQLAMA

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasına şamil edilməyən şəxslər müəyyən olunub.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə qərarında məlumat verilib. 

 

Bildirilib ki, ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanlar; xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər attestasiya olunmur. 

 

I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır. Eyni zamanda II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

 

İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.