Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 17:12:00
Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün  imtahanı müddəti 45 dəqiqə olacaq

Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün imtahanın davametmə müddəti 45 dəqiqə olacaq.

 

 

 

AzEdu.az xəbər verir ki, Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.

 

 

Qərara əsasən, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

 

 

 

Belə ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

 

 

 

Dəyişikliyə əsasən, imtahanın davametmə müddəti 45 dəqiqə olacaq.