Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 16:48:00
“Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edilib

Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nda dəyişiklik edib.

 

Nazirlər Kabinetindən AzEdu.az-a verilən məlumata görə, qaydalarda aşağıdakı dəyişikliklər edilib: 8.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2.2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - tədris dili, xarici dil və 7 riyaziyyat fənlərindən, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün - xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır.*”;

 

8.2. 2.4-cü bəndin dördüncü cümləsində “1 saat 30” sözləri “45” rəqəmi ilə əvəz edilsin; 8.3. 2.6-cı bəndin üçüncü cümləsi çıxarılsın;

 

8.4. aşağıdakı məzmunda “*Qeyd” əlavə edilsin: “*Qeyd. 2020-ci ildə ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər birmərhələli buraxılış imtahanını vermirlər və onların birinci mərhələdə əldə etdikləri nəticələr Mərkəz tərəfindən 300 ballıq şkalaya keçirilir.”.