Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 15:29:00
Xaricdə təhsil alan tələbələrə şad xəbər - diplomların tanınmasına görə dövlət rüsumu ləğv olunur

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan 15 manat dövlət rüsumu ləğv edilib.

 

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.