Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 14:56:00
Qəbul imtahanlarının birinci mərhələsindən çıxarılan mövzular – FƏNLƏR ÜZRƏ SİYAHI

Məlum olduğu kimi  mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisə­lərində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.

 

AzEdu.az 11 illik təhsil bazasında ali və orta təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi üzrə çıxarılmış mövzuları təqdim edir:

 

Azərbaycan dili fənni üzrə  “Dilin üslubi imkanlarının təzahür formaları: funksional və fərdi” bölməsindən

Bədii təzad

Bədii xitab

Metafor

Şəxsləndirmə

Bədii sual

Riyaziyyat fənni üzrə  “Törəmə və onun tətbiqləri” bölməsindən

Funksiyanın böhran və esktremum nöqtələri,

Törəmənin köməyi ilə onların tapılması

Funksiyanın parçada ən böyük və ən kiçik qiymətləri

Funksiyaların tədqiqi sxemi

Xarici dil fənni üzrə

Fransız dili

Vasitəsiz və vasitəli nitq.

Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi

Ərəb dili

İddiomlar və alınma sözlər

Fars dili

Tabeli mürəkkəb cümlənin tərkib hissələri olan baş və budaq cümlələr: Təyin, tamamlıq, zaman, şərt, səbəb, məqsəd və güzəşt budaq cümlələri. Tabeli mürəkkəb cümlə və onların yaranma üsulları.

Azərbaycan dili ( dövlət dili) fənni üzrə

Üslublar və onların formaları tamamilə .

11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

 

Qeyd edək ki, qəbulun ikinci mərhələsindən çıxarılan mövzular yaxın günlərdə açıqlanacaq.