Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 15:41:00
Distant təhsil necə yarandı?-Uzaqdan təhsilin MARAQLI tarixi

Distant təhsil(distance learning) sinifdən kənarda evdən video və ya canlı dərslərlə həyata keçirilən təhsil növüdür.

 

Distant təhsil necə yarandı?

 

Tarixi haqda qısa məlumat:

 

1800-cü illərin sonlarında Amerikada poçtalyonlar müəllimlərin notlarını şagirdlərə(tələbələrə) və əksinə çatdırmağa başladı. Daha sonra radio, televizor, telefon və hazırda internet üzərindən onlayn dərslər həyata keçirilir. Müxtəlif virusların yaranması dünyanı  distant təhsilə daha da yaxınlaşdırdı. H1N1(donuzqripi) virusu 2009-cu il martında meydana çıxdı. Bu səbəbdən  dünyadakı məktəblərin 20%-i distant təhsilə keçdi. Hazırda koronavirus səbəbiylə bütün məktəblər onlayn təhsil sistemindədir.

 

Distant təhsilin aşağıdakı üstünlükləri professorlar tərəfindən təsdiqlənib:

 

Üz-üzə keçilən dərsdən 5 qat daha artıq öyrənmə. Mövzunu yadda saxlama 25-30% artır. Ənənəvi dərsdən 40-60% artıq zaman qazanmaq. Diqqətin dağılması yarıya enir, bu zaman sanki müəlliminlə baş-başa olursan. Enerjimiz 90% az tükənir.

 

Onlayn təhsil sistemində 2 cür şagird(tələbə) olur:

 

Evdə yeyib yatanlar, nə gərək var deyənlər, uzaqdan təhsilə qarşı olanlar- bu birinci istiqaməti təşkil edir. İkinci istiqamətə isə inkişaf üçün nə isə etməliyəm deyənlər, hədəfləri olanlar daxildir.

 

Distant təhsildə düzgün qaynaqlardan yararlanmaq və mövzuları tez-tez təkrar etmək çox önəmlidir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları