Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 16:34:00
Məktəblər yenidən açıldı - Sosial mediada bu rəngli görüntülər ortaya çıxdı

Ölkəmizdə hazırda məktəblər bağlı olsa da, koronavirusun azaldığı bəzi ölkələrdə uşaqlar maska taxmaq və temperaturlarının ölçülməsi şərti ilə yavaş-yavaş öz siniflərinə geri qayıdırlar.

 

Beləliklə, tədris müəssisələrinin yenidən açıldığı Çin, Danimarka, Fransa kimi ölkələrdə məktəbə qayıdan şagirdlər və müəllimlərə aid fotolar sosial mediada yer almağa başladı.

 

Azedu.az pandemiya sonrası məktəbəqayıdışla bağlı rəngli görüntüləri təqdim edir:

 

Fransanın Tourcoing şəhərindəki bağçaların həyətində uşaqlar sosial məsafəyə diqqət edərək oyun oynamağa çalışırlar;

 

Çinin Anhui əyalətində şagirdlər üz maskaları ilə dərsləri dinləyirlər;

 

Chongqing şəhərində isə uşaqlar plastik bölməli masalarda əyləşərək, dərsdə iştirak edirlər. həmçinin şagirdlər məktəbə daxil olmazdan əvvəl temperaturları ölçülür;

 

Çinin Yangzheng məktəbindəki şagirdlər isə "bir metrə papaqları”nı taxırlar. Bu papaqlardan istifadə etməkdə əsas məqsəd uşaqları koronavirus müddətində sosial məsafə qaydasına öyrəşdirməkdir;

 

Dajia məktəbində şagirdlər koronavirusun yayılmasını əngəlləmək üçün tədbir məqsədli plastik bölməli masalarda yeməklərini yeyirlər, Taypey, Çin;

 

Danimarkanın Rinqsted şəhərində isə beş həftəlik aradan sonra açılan məktəblərdə uşaqlara açıq havada dərslər keçirilir;

 

Almaniyanın Heppenheim bölgəsində yerləşən bir məktəbin girişində şagirdlərə gigiyena qaydalarını izah edən lövhə asılıb: