Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 14:20:00
“Bu şəhərdə kimse yokmu”-Bestseller türkcə çap olundu

Karantinlə bağlı kitab sektorunda da yaranmış durğunluğa baxmayaraq, tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlunun "Bu Şəhərdə Kimsə Yoxdur" romanı Türkiyədə nəşr olundu.

 

Bu, yazarın Türkiyədə çap olunan 3-cü kitabıdır, onlardan ikisi Türkiyənin böyük nəşriyyatlarından olan Destek yayınlarının təşəbbüsü ilə nəşr olunub. 2019-cu ildə motivasiya psixologiyası janrında yazılmış "Çətin olsa da, həyat davam edir" ("Zor Olsa Da Hayat Devam Ediyor") kitabı Türkiyədə çap olunmuş və qısa zamanda təkrar nəşr edilmişdi. Dəstək yayınlarının budəfəki seçimi "Bu şəhərdə kimsə yoxdur" ("Bu Şehirde Kimse Yok Mu") psixoloji romanı olub.

 

Qeyd edək ki, müxtəlif janrlarda 26 kitab müəllifi olan Rövşən Abdullaoğlunun 2015-cı ildə işıq üzü görmüş “Bu şəhərdə kimsə yoxdur” romanı Azərbaycanda yerli və xarici ədəbiyyat arasında bestseller olub və on yeddi dəfə təkrar nəşr edilib. Müəllifin sayca 20-ci kitabı olan bu roman bədii janrda yazdığı ilk əsəridir. Roman gerçək hadisələr əsasında qələmə alınıb.