Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-17 10:35:00
Pedaqoqlar Təhsil Nazirinə məktub yazdılar: “Karantin qaydaları yumşaldılsın”

Məktəblərin iyunun 1-də açılması planlaşdırılan İngiltərədə alimlər və psixoloqlar dərslərin formal(həmişəki kimi)  təşkil olunması yerinə oyunlara və sosial inkişafa üstünlük verilməsi üçün çağırış edirlər. Psixoloqlar 3 aya yaxındır başqa uşaqlarla oynamadıqları üçün azyaşlıların psixologiyasından narahatdırlar.

 

Reading universitetinin uşaq psixologiyası üzrə professor Helen Dodd evdə keçirilən uzun müddətdən sonra məktəbəqayıdışın çox uşaq üçün çətin olacağı fikrindədir. Üstəlik dostları ilə aralarında 2 metr məsafə olacaqsa, bu daha da qəlizləşəcək. Karantin bitdikdən sonra uşaqlar mütləq qohumları ilə sosial məsafə olmadan uzun müddət oyun oynamalıdırlar.

 

Pedaqoqlar İngiltərənin Təhsil naziri Gavin Williamsona məktub yazdılar. Məktubda bu fikirlər yer alır: “ Hazırda xeyli uşağın psixologiyası karantindən və izolasiya tədbiri səbəbiylə zərər görmüşdür. Xahiş edirik ki, karantin qaydaları bir qədər yumşalsılsın”.

 

Alimlər xüsusilə də 3-11 yaş aralığında uşaqların psixologiyasından narahatdırlar.

 

Kembric universitetinin psixologiya və təhsil istiqaməti üzrə professoru Dr.Jenni Gibson isə bunları bildirdi: “Oyunu önəmsiz bilib, gözardı etmək asandır, lakin uşaqlar üçün dostları və yaşıdları ilə oynamaq sosial inkişaf baxımından çox önəmli detaldır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları